XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2021 - 20:33

Putinlə Paşinyan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti zamanı Qarabağla bağlı razılaşmaların icra vəziyyəti müzakirə olunub.

TASS xəbər verir ki, bu barədə Kremlin açıqlamasında deyilir.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağa dair 2020-ci il 9 noyabr tarixli bəyanatının, həmçinin 2021-ci ilin 11 yanvar tarixində Moskva şəhərində keçirilmiş üçtərəfli sammitdə əldə olunmuş razılaşmaların yerinə yetirilməsilə bağlı əməli məsələlər müzakirə olunub”, – Kremldən bildirilib/Report.