XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2021 - 10:24

Azərbaycanda COVID-19 ən çox hansı bölgələrdə yayılıb? –SİYAHI

Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı son statistika açıqlanıb.

Strateq.az xəbər verir ki, yenə də  ən yüksək yoluxma faizi Bakı şəhərində qeydə alınıb – 52.2 faiz.

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası isə aşağıdakı kimidir: 

Binəqədidə 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.1 faiz, Sabunçuda 10.9 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.8 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.3 faiz,  Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz.

Bölgələrdə isə durum belədir:

Aranda yoluxma 13.3 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.