XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2021 - 20:27

Ali Məhkəmənin iki hakimi Məhkəmə-Hüquq Şurasına üzv oldu –Şurada dəyişiklik

Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev və Cinayət kollegiyasının sədri Hafiz Nəsibov Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Şuradan bildirilib ki, hər iki şəxs 5 il müddətinə Məhkəmə-Hüquq Şuranın üzvlüyünə qəbul ediliblər.

Onlar Ali Məhkəmənin hakimləri, Şurada səlahiyyət müddətləri başa çatan Şahin Yusifov və Şəlalə Məmmədovanı əvəzləyiblər.

Qeyd edək ki, Məhkəmə Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur.

Hazırda Şurada Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin deputatı Zityafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Gəncə apelyasiya Məhkəməsinin sədri Taödıq Mahmudov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev, Ədliyyə nazirinin müavini Azər Cəfərov, Sumqayıt Kommersiya Məhkəməsinin sədri Xəqani Tağıyev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və Baş prokurorun müavini Heydər Məmmədov təmsil olunur/Report.