Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 232 829 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 227 472 nəfər müalicə olunaraq sağalıb, 3 193 nəfər vəfat edib, aktiv xəstə sayı 2 164 nəfərdir.
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
Ölkədə son sutka ərzində 7215, hazırkı dövrədək isə 2535825 test aparılıb.