XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

05 Aprel 2016 - 20:04

ATƏT-in Minsk Qrupu tam tərkibdə Qarabağla bağlı bəyanat verdi:“Danışıqlara başlamaq zəruridir”

minsk-qrup-1

ATƏT-in Minsk Qrupu və ATƏT-in fəaliyyətdə olan sədrlərindən ibarət “üçlük” (Serbiya – 2015, Almaniya – 2016, Avstirya – 2017) Vyanada Qarabağ münaqişəsi ilə bağlı keçirilən görüşün yekunları ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir: “Biz, ATƏT-in Minsk Qrupunun üzv dövlətləri (Rusiya, ABŞ, Fransa, Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveçrə, Türkiyə), həmçinin ATƏT-in sədr “üçlüyü” təmas xəttində yaranmış gərginliyi pisləyrik. Həlak olanlara baş sağlığı veririk. Biz tərəfləri dərhal güc tətbiq etməyi dayandırmağa çağırırıq. Bu münaqişənin hərbi həlli yoxdur.

Vəziyyətin pisləşməsi ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında danışıqların başlanma zərurliyini yaradıb. ATƏT-in üzv ölkələri rus, amerikalı, fransız həmsədrlərinin vasitəçiliyini təsdiq edərək tərəfəri qısa zamanda məsləhətləşmələrə başlamağa çağırır”.