XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2021 - 19:19

Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib –147 nəfər isə sağalıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 232 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 619 nəfər müalicə olunaraq sağalıb, 3 195 nəfər vəfat edib. Hazırda 2 159 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 055, bu günə qədər isə ümumilikdə 2 543 880 test icra olunub”.