XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2021 - 00:40

Paşinyandan  Rusiyaya diplomatik mesaj:"Döyüşlərdə "İsgəndər" raketləri atıldı, ancaq partlamadı, niyə?"

Ermənistan Azərbaycanla müharibə zamanı “İsgəndər” raketindən istifadə edib, lakin raket partlamayıb.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan erməni KİV-lərinə müsahibəsində deyib.

N.Paşinyan sabiq prezident Serj Sarkisyana cavabında bildirib: “”İsgəndər” raketinin niyə partlamadığı və ya niyə, məsələn, 10 faizinin partladığı barədə sual versin”.(Bu raketlər Sarkisyanın hakimiyyəti dövründə Rusiyadan alınıb – Red)

Baş nazir həmçinin S.Sarkisyanın “məxməri inqilab”dan sonra silahların alınması proqramında dəyişikliklər edildiyi barədə sözlərini də təkzib edib.

S.Sarkisyanın hakimiyyəti Paşinyana deyil, Karen Karapetyana verdiyinə dair açıqlamasını şərh edən N.Paşinyan bildirib: “Bu rədd edilmiş necə kiməsə hakimiyyəti verib və ya verməyə bilərdi?”/Milli.az