XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Fevral 2021 - 19:30

Əfv Komissiyasının növbəti iclası keçirilib- Baxılan müraciətlərin sayı 350-ni ötüb

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Komissiyanın işi məhsuldar oldu. 150-dən artıq müraciətə baxıldı. Bu gün əsasən yol-hadisəsi törətmiş şəxslərin müraciəti idi”.

Onun sözlərinə görə, Komissiyanın iclasları davam edəcək: “Çox güman ki, bu həftə komissiyanın daha bir iclası baş tutacaq”.

Qeyd edək ki, bundan əvvəl komissiyanın 2 iclası keçiriib. Həmin iclaslarda ümumilikdə 200-dən artıq müraciətə baxılıb.