Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.
Ermənistan KİV-ləri xəbər verir ki, o, tərəfdarlarını meydana çıxmağa çağırıb.
“Tərəfdarlarımızı elə indi Respublika Meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm”, – o, bildirib/Report
Xatırladaq ki, Baş Qərargah N.Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavininin vəzifədən azad olunmasına kəskin etirazını bildirib. Baş Qərargah ölkənin baş nazirinin bu qərarını dövlətə qarşı məsuliyyətsiz addım adlandırıb.