XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2021 - 15:34

Ermənistan ordusunun Baş Qərargahından növbəti bəyanat:"Paşinyan istefa verməlidir"

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

Ermənistan KİV-ləri xəbər verir ki, bəyanatın heç kimin təzyiqi altında yazılmadığı vurğulanıb/Report.

“Baş Qərargahın fevralın 25-dəki ilk bəyanatı heç kəs tərəfindən yönləndirilməyib və heç kəsin təzyiqi altında yazılmayıb. Bu, məqsədi belə məsuliyyətli vaxtda Vətənin qurtuluşuna xidmət etmək olan genereal-zabitlərin qəti fikri və mövqeyidir. Növbəti dəfə öz açıq mövqeyimizi təsdiqləyirik”, – Baş Qərargahdan bildirilib.