XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2021 - 15:59

Daha bir mülki şəxs minaya düşərək həlak oldu –Rəsmi açıqlama yayıldı

Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl Rayon Prokurorluğundan Strateq.az-a bildirilib ki, araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.