XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Fevral 2021 - 17:15

Azərbaycanda daha 278 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib –172 nəfər isə sağalıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, son sutkada 5 nəfər COVID-19-dan vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 234 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3 218 nəfər vəfat edib. Hazırda 2 398 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 873, bu günə qədər isə ümumilikdə 2 591 235 test icra olunub.