XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2021 - 15:17

Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib –117 nəfər isə sağalıb

Azərbaycanda koronavirus infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a bbildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 234 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib. Hazırda 2 549 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 444, bu günə qədər isə ümumilikdə 2 598 679 test icra olunub”.