XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2021 - 16:56

 “Azərpoçt”un baş direktoru vəzifədən çıxarıldı –Rabitə sektorunda daha bir dəyişiklik

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev vəzifəsindən azad edilib.

Strateq.az Report-a istinadla xəbər verir ki, şirkətə rəhbərlik ötən aydan baş direktorun müavini olan Əfqan Cəlilova həvalə olunub.

Xatırladaq ki, Ə.Cəlilov “Azərpoçt”dan əvvəl uzun illər hazırda ləğv prosesində olan “AGBank” ASC-nin İdarə Heyətinin sədri olub.

Bundan başqa, 2016-cı ildən dövlət şirkətində baş direktor müavini vəzifəsində çalışan Asəf Hacıyev də vəzifəsindən kənarlaşdırılıb, 2004-cü ildən baş direktorun müavini olan Sübhün Kazımov isə vəzifəsində saxlanılıb. Beləliklə, hazırda milli poçt operatorunun rəhbərliyində 3 nəfər təmsil olunur.