XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2021 - 13:04

ABŞ Rusiyaya yeni sanksiyalardan yayınmaq üçün şərt irəli sürüb –Departamentdən açıqlama

ABŞ Rusiyaya yeni sanksiyalardan yayınmaq üçün şərt irəli sürüb.

Məlumata görə, ABŞ Dövlət Departamenti Rusiyanı həbsdəki müxalif blogger Aleksey Navalnıya görə tətbiq olunacaq yeni sanksiyalardan qaçmaq üçün kimyəvi silahdan imtina etməyə çağırıb.

“Biz Rusiyanı beynəlxalq müşahidəçilər altında elan olunmamış kimyəvi silah proqramını deklarə və məhv etməyə çağırırıq”, – deyə Dövlət Departamentindən bildirilib.

Dövlət Departamentindən o da bildirilib ki, ABŞ-ın 1991-ci ildən qüvvədə olan kimyəvi və bioloji silahlar üzərində nəzarət haqqında qanununa görə Rusiyanı A. Navalnının zəhərlənməsinə görə yeni sanksiyalar gözləyir/APA.