XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2021 - 20:26

ÜST rəsmisi:"Koronavirusun Britaniya ştammı Avropanın 43 ölkəsində aşkarlanıb"

COVID-19 virusunun Böyük Britaniya ştammı (B.1.1.7) Avropanın 43, Cənubi Afrika variantı (B.1.351) 26, Braziliya variantı isə (P1) 15 ölkəsində aşkarlanıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge Kopenhagendə keçirdiyi brifinqdə bildirib.

Virusun yayılmasını əngəlləmək üçün peyvəndləmənin əhəmiyyətini dilə gətirən H.Klüge bunun sayəsində əksər risq qruplarında yoluxma və ölüm hallarının artıq xeyli azaldığını qeyd edib: “Koronavirusun regionda yayılma əmsalının yüksək olması, həmçinin yeni variantlarının sürətlə yayılması üçün test keçməyi, yoluxanların təcridini, təmasların izlənməsi işləri təkmilləşdirilməlidir”/Report