XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2021 - 14:51

Azərbaycanda daha 365 nəfər koronavirusa yoluxub –175 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236012 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 229442 nəfər müalicə olunaraq sağalıb, 3235 nəfər vəfat edib, aktiv xəstə sayı 3335 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 7779, hazırkı dövrədək isə 2635770 test aparılıb.