XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Mart 2021 - 14:46

Azərbaycanda son sutkada koronavirusa 403 yoluxma qeydə alınıb:127 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycanda son gün ərzində 403 nəfərin koronavirusa yoluxması qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 236 768 nəfər koronavirusa yoluxub. Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib, 3 809 aktiv xəstə sayı nəfərdir.

Son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.