XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2021 - 18:15

Azərbaycanda son sutkada 195 nəfər COVID-19-a yoluxub –71 nəfər sağalıb, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 963 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan  229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib, aktiv xəstə sayı 3 927 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 4 624, hazırkı dövrədək isə 2 657 999 test aparılıb.