XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 15:14

Azərbaycanda yeni dövlət universiteti yaradılacaq –Hökumətdən hesabat

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bazasında Şəki Dövlət Universitetinin yaradılması məqsədi ilə aidiyyəti üzrə müraciət edilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, hazırda ADPU-nun Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslar üzrə təxminən 270-280 tələbə qəbul olunur, ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq/Report.