XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 13:42

Ermənistanın istefaya göndərilən Baş Qərargah rəisi:"Baş nazir də istefa verməlidir"

“Mənim mövqeyimdə dəyişiklik yoxdur, işdən azad edilməyimlə bağlı proses Konstitusiyaya ziddir”.

Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilən rəisi general-polkovnik Onik Qasparyan bildirib.

“Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhran vəziyyətdən çıxmağın yeganə yoludur”, – o deyib.

O.Qasparyan Konstitusiyanın reallaşması və tələblərinin təmin olunması məqsədi ilə Ermənistanın Ali Məhkəməsinə müraciət edib.

Baş Qərargah rəisi başqa statusla Silahlı Qüvvələrdə xidmət etdiyini bildirib. O yeni vəzifəsi barədə məlumat verməyib. /Report