Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli və bu istiqamətdə Rusiyanın atdığı addımlar müzakirə olunub.
"RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Erməni-Azərbaycan münaqişəsinin həlli mövzusu bu günlər Rusiya tərəfinin göstərdiyi səylər kontekstində müzakirə olunub”, – deyə, o, söyləyib.
Məsələ Rusiya və Qazaxıstan prezidentlərinin telefon danışığında da müzakirə olunub.
V. Putin Rusiyanın addımları barədə Nursultan Nazarbayevi məlumatlandırıb.
APA