XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 21:41

MDB Xarici İşlər Nazirləri Şurasının iclasındaQarabağ müzakirə olundu

14601144252412153017_1000x669

 

Aprelin 8-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib.

Xarici siyasət idarələrinin başçıları 2015-ci ildə MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planının icrasına yekun vuraraq, 2016-cı il üçün analoji plan cızıblar.

İclas iştirakçıları Dağlıq Qarabağ zonasında vəziyyətin kəskinləşməsi ilə əlaqədar bəyanatla çıxış ediblər. Bəyanatda vurğulanır ki, bu zonada vəziyyəti sabitləşdirmək və münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrlərinin müəyyən etdikləri prinsiplər əsasında sülh yolu ilə həllinə dair səyləri fəallaşdırmaq üçün mümkün tədbirlər görülməlidir.

İclasdan sonra mətbuat konfransında MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev jurnalistlərə bildirib ki, xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə ediblər. O vurğulayıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqazda keçirdiyi görüşlərdən danışıb. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan da öz mövqelərini açıqlayıblar.

O deyib: “Hamı hərbi əməliyyatların dayandırılmasından razı qaldığını bildirdi. MDB ölkələrinin xarici işlər nazirləri ümidvar olduqlarını bildirdilər ki, tərəflər bu mürəkkəb münaqişəni qəti həll etmək üçün danışıqlar masasına qayıdacaqlar".

Nazirlərin iclasında bildirilib ki, 2015-ci ilin planı tam yerinə yetirilib. Məsləhətləşmələrin mövzusu ənənəvi olaraq xarici siyasət sahəsində qarşılıqlı maraq doğuran məsələləri, xarici siyasət problemləri, BMT, ATƏT və digər beynəlxalq forumlarda əlaqədar dövlətlərin qarşılıqlı fəaliyyətinin təşkili üzrə təcrübə və informasiya mübadiləsini əhatə edib.

Gündəlikdə MDB çərçivəsində qarşılıqlı fəaliyyət, yeni çağırış və təhdidlərə qarşı mübarizədə əməkdaşlıq, ekspert nəzarəti məsələləri üzrə məsləhətləşmələr də nəzərdə tutulub (azərtac).