XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 11:54

Nazarbayev İranda –Qazaxıstan prezidenti ilə görüşdə ABŞ əleyhinə sərt ittihamlar səsləndi

 

nazarbayev iran

 

İranın ali dini rəhbəri Xameneyi bazar ertəsi günü Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb.

Strateq.az İRNA-ya istinadən bildirir ki, görüşdə, iki ölkə arasındakı əlaqələrin siyasi, iqtisadi, beynəlxalq terrorizmlə mübarizə sahələrində genişləndirilməsinin zəruriliyi bildirən Xameneyi deyib: “Bəzi superdövlətlər, xüsusi ilə də Amerika sədaqətli deyillər. Amma İslam ölkələri səmimi əməkdaşlıq yolu ilə bu təhdidləri islam dünyasından uzaqlaşdıra bilərlər”.

Xameneyi amerikalıların İraqda İŞİD-ə yardım etməsini “sədaqətsizliyə dair fakt” adlandırıb: “Onlar öz ikili standartlarını əsaslandırmaq üçün terrorizmi yaxşı və pis terrorizmə ayırıblar”.

Ali dini lider bildirib ki, bir çox beynəlxalq məsələlərlə bağlı İran və Qazaxıstanın mövqeləri oxşardır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bu görüşdə İranı böyük və etibarlı qonşu adlandırıb: “İki ölkə əlaqələrin genişləndirilməsi üçün böyük potensiallara malikdirlər. Bu səfər çərçivəsində İran və Qazaxıstan arasında iqtisadi və ticarət əlaqələrinin yaxşılaşdırılması üzrə mühüm anlaşmalarımız oldu. Bu da öz növbəsində əməkdaşlıqların artırılmasına səbəb olacaq.

Qazaxıstan prezidenti daha sonra terrorizmi region və dünyanın sabitliyi üçün ciddi təhdid adlandırıb və deyib: Terrorizm və didərginlərin mühacirət dalğası əslində region ölkələrinin qanuni hökumətləri əleyhinə Qərb dövlətləri tərəfindən aparılan savaşın nəticəsidir. Çünki hər hansı bir ölkədə sabitliyin pozulduğu və ya mərkəzi dövlətin sarsıldığı zaman, yerini terrorizm alır.

N.Nazarbayev deyib ki, bütün dünyaya İslamın inkişaf, birlik və terrorizm ilə mübarizə dini olduğunu göstərmək lazımdır.