XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 12:11

Rusiya və Türkiyə arasında qalmaqal yaradacaq daha bir olay –İstanbulda 2 rus kəşfiyyatçı saxlanıldı

rus-turk-1

İstanbulda Çeçen Edelgirievi öldürən dəstənin üzvü olan 2 rus kəşfiyyatçı Türkiyə hüquq mühafizə orqanlarının xüsusi əməliyyatı ilə yaxalanıb.

Türkiyə mətbuatı xəbər verir ki, ötən ilin noyabrın 1-də İstanbulda Çeçen komandiri Vahid Edelgirievi öldürən iki rus agent 8 apreldə həyata keçirilən əməliyyat zamanı ələ keçib.

Rus kəşfiyyatçılar 52 yaşlı Luri Anisimov və 55 yaşlı Aleksandr Smirnov sorğularında danışmaqdan imtina edib.

Rus polislərinin üzərindən saxta olduğu deyilən İnterpol vəsiqəsi, Rusiya dövlət rəsmisinə məxsus fotolar, USB yaddaş kartı, nömrə, 5 telefon, ardıcıl seriya nömrələri olan ABŞ dolları tapılıb.

Bildirilir ki, rus polisləri Avropa ölkələrində kəşfiyyat məqsədli fotolar çəkirmişlər. Hətta ölkələrdəki təhlükəsizlik kameralarının saatbasaat hərəkətini izləyib görüntüləyiblər. 

Lent.az