XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 21:02

Türkiyə və Azərbaycanprezidentləri görüşdü (FOTOLAR)

ilham_aliyev_erdogan_130416

İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.

İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti ərəfəsində İstanbulda görüşlər keçirən R.T.Ərdoğan tədbirdə iştirak etmək üçün Türkiyəyə səfərə gələn prezidentlərin bir neçəsi, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşüb.

Yıldız sarayının Mabeyn iqamətgahında qapalı şəraitdə keçən görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb. Və strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub.

Liderlər İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin iki ölkə arasındakı münasibətlərin dərinləşdirilməsi baxımından önəmini diqqətə çatdırıblar. Yüksək səviyyəli görüşlərin əlaqələrin möhkəmləndirilməsində rolunu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmini qeyd ediblər.

Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olunub. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.