XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

31 May 2015 - 09:42

Deputat Fazil Mustafa: “Canınız çıxsın, içməyin, çəkməyin!”

“İllərdir tələb edirəm ki, uşaqların və hamilə qadınların qəsdən öldürülməsinə görə, ölüm hökmü bərpa olunmalıdır. Ancaq rəsmi qurumlar Avropa Şurası qarşısında öhdəliyi bəhanə edərək, bu məsələdə qəti qərar vermək istəmirlər. Budur, Pirallahıda 5 yaşlı qıza təcavüz edərək öldürən 32 yaşlı qatilin indi cəzası nə olmalıdır?”. Bu fikirləri BQP sədri, Milli Məclisin deputatı Fazil Mustafa Bakının Pirallahı qəsəbəsində 5 yaşlı qızın zorlanaraq öldürülməsi hadisəsinə münasibət bildirərkən deyib.

F.Mustafa özünün facebook hesabında yazıb: “Bu məxluqun yaşamasının bir mənası qalırmı? ömürlük həbs etsinlər və hər gün büdcədən qida da ayıraq ki, mədəsini doldursun?! Bunun zərərçəkmiş tərəf üçün hansı təsəllisi ola bilər ki?! 5 yaşlı qızı, o mələk cocuğu bir sərxoşdan, bir manyakdan qoruya bilməyən bir cəmiyyətik, həqiqətən utancvericidir! Bir də verilən və bizim cəmiyyətdə əksər kriminal əməl daşıyıcalarına xarakterik olan cavablara baxın: “İçkili idim maşınla adamı vurdum, içkili idi maşın vurdu, içkili idim bıçaqladım, güllələdim, qumbara atdım, içmişdim və çəkmişdim gedib evi yandırdım…” Canınız çıxsın, içməyin, çəkməyin! Nəticəsini ki, görürsünüz. çevrədə sərxoşluğun və narkomanlığın necə tüğyan etdiyini, stimullaşdırıldığını görürsən, gələcəyimizin qaranlıq mənzərəsini daha dəqiq təsəvvür edirsən. Ailələrin görünməyən faciəsi əksər hallarda bu amillə bağlıdır. 5 yaşlı qız övladını qoruya bilməmənin günahını hamımız daşıyırıq”.

Strateq.az