XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 20:28

Beynəlxalq agentlikdən bəd xəbər:“Bu il də enerji  mənbələrinə investisiya qoyuluşu azalacaq”

'Petrol ve doğalgaz yatırımları yüzde 18 düşecek'

 

"2015-ci ildə dünyada neft və təbii qaz istehsalı investisiyalarında bir əvvəlki illə müqayisədə 24% azalma olub.  Beynəlxalq Enerji Agentliyi (BEA) olaraq, 2016-ci ilin sonunda bu investisiyaların daha 18% azalacağını  gözləyirik”.

Strateq.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fateh Birol deyib.

Türkiyənin Bilkent Universitetində keçirilən "Qlobal enerji sistemi qırılma nöqtəsindəmi?" adlı yığıncaqdakı çıxışında alim neft hasilatçı ölkələrin ““qara qızıl” erası bitdikdən sonra təbii qazımızı satıb dolanarıq” ümidlərini alt-üst edib. Çünki onun fikrincə, yaxın dövrdə qaz ixracatında dominantlıq da ABŞ və Avstraliyaya keçəcək: “Çinin enerji tələbini uzun müddətdir qarşılayan kömür və neft öz yerini yavaş-yavaş təbii qaz, LNG (mayeləşdirmiş qaz) və nüvə enerjisi stansiyalarına buraxıb. Yaxın dövrdə isə ABŞ və Avstraliyadan beynəlxalq bazarlara LNG (mayeləşdirilmiş qaz) daşınmağa başlayacaq. Gələcəkdə dünyanın LNG ehtiyacının 90%-i ABŞ və Avstraliya tərəfindən təmin olunacaq”.

Dünyanın karbohidrogen tələbatının getdikcə azalmasının səbəbini Çinin iqtisadi inkişafının xarakterilə əsaslandıran Birola görə, bu Asiya nəhənginin enerji tələbi beynəlxalq bazarda həm keçmişdə, həm də indi çox əhəmiyyətli yer tutub: "Keçmişdə Çinin enerji tələbi iqtisadi inkişafına düz mütənasib olaraq yüksəldi. Son illərdə isə bu ölkənin iqtisadiyyatında keçmişə nəzərən, bir az daha yavaşlayan böyümə və enerji tələbatının azalması müşahidə olunur".

Çin iqtisadiyyatında xidmət sektorunun sənayeyə nisbətən, daha sürətli inkişaf etməsinin enerji tələbatının azalmasında önəmli rol oynadığına inanan Birolun fikrincə, digər bir faktor isə həmin ölkənin enerji məhsuldarlığına verdiyi əhəmiyyətlə bağlıdır: "Enerji məhsuldarlığı Çin üçün açar bir siyasət olub. Çin bu məsələyə xüsusi etina ilə yanaşıb. Bu ölkə enerji məhsuldarlığı prinsipini hər sektora tətbiq edib. Kompüterlərdən tutmuş adi məişət lampalarına, avtomobillərdən sənaye təsislərinə qədər bütün sahələrə… Çin enerjiyə qənaət edərək, böyüməsini sürdürmüş, beləcə, ona ehtiyacını aşağı tuta bilmişdir”.

Asiya nəhənginin enerji qaynaqlarına ehtiyacının dəyişilməsinin neft qiymətlərinin ucuzlaşmasında əhəmiyyətli rol oynadığını düşünən Birol yaxın gələcəkdə Uzaq Şərqdə yeni bir iqtisadi nəhəngin peyda olacağına inanır. Söhbət Hindistandan gedir: “Ancaq 2040-cı ilə qədər Hindistanın enerji tələbi Çinə çatacaq, hətta onun önünə keçəcək. Hindistan artan ehtiyacı ilə beynəlxalq enerji bazarında həlledici ölkələrdən biri olacaq”.

Neft qiymətlərinin aşağı düşməsinin sadə bir məntiqlə “yaxşı” ya da “pis” qitmətləndirməyin mümkün olmadığını deyən Birola görə, bu yanaşma ölkədən-ölkəyə görə, fərqli anlamlar kəsb edir: “Ucuz qiymət iqtisadiyyatı neft gəlirlərindən asılı olan ölkələr üçün pis xəbərdir. Xüsusilə Yaxın Şərq ölkələrindəki iqtisadi kiçilmələr və siyasi çalxantılar onların ətrafında yerləşən bölgələrdə də bənzər nəticələr doğura bilər”.

Neftin ucuzlaşmasının böyük idxalatçı ölkələrin iqtisadiyyatlarında isə müsbət dəyişiklərə səbəb olduğunu deyən mütəxəssisin fikrincə, buna baxmayaraq, gələcək neft və təbii qaz sektoruna investisiyalar baxımından risklər dövrü olacaq.

Strateq.az