XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 10:12

Qazaxda adlarına kredit götürülənlərin aclıq aksiyası başlanıb-Özəl – Yenilənir

aksiya_Qazax.JPG

Qazaxda adına kredit götürülmüş bir qrup rayon sakini aclıq aksiyasına başalyıb. Bu barədə Strateq.az-a açıqlamasında aksiya iştirakçısı Həmzəyeva Nazəndə Şəmşad qızı məlumat verib. O bildiirb ki, aksiya Qazax rayonu Xanlıqlar kəndində keçirilir. Aksiyada 20 nəfər iştirak edir. “180 nəfərdən çox adamın adına Zamin Bank, Kapital Bank və Beynəlxalq Bank, FİNKA-dan kreditlər götürülüb. Əsas da Zamin Bankdan. Bu kreditlər mənimsənilib. Bununla bağlı şikayət emişik, amma müraciətlərimizə baxılmır. Məhkəmə qərarı ilə bizim xəbərimiz olmadan cərimə ediblər, əməkhqqından, pensiyalardan tuturlar. özümüz isə heç kommunal xərcləri belə ödəyə bilmirik. Bu məsələnin ədalətli araşdırılmasını tələb edirik”, – deyə H.Nazəndi qeyd edib.

Onun verdiyi məlumata görə, aclıq aksiyası keçirilən küçəyə Təcili Tibbi Yardım Maşını gəlib, həkimlər iştirakçıların təzyiqlərini ölçüblər.

********

Aksiya iştirakçılarının Strateq.az-a verdiyi məlumata görə, aclıq aksiyası keçirilən yerə sahə müvəkkili və polisin post-patrul xidmətinin əməkdaşları gəlib. Onlar iştirakçılardan aksiyanı dayandırmağı və evlərinə getməyi xahiş ediblər. İştirakçılardan bir nəfər nümayəndə isə icra hakimiyyətinin başçısı ilə görüşə aparılıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Strateq.az