XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 14:05

Prezident “4 günlük savaş”ın qəhrəmanları haqda sərəncam verdi –Təltiflər

ilham-eliyev-teze

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. 

Strateq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, "Azərbaycan Bayrağı” və "Vətənə xidmətə görə” ordenlərinə, "Vətən uğrunda”, "İgidliyə görə” və "Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər vardır.