XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

22 Aprel 2016 - 01:58

Obama soyuq yola salındı:Ərəb liderlər niyə qəzəblidirlər?

 

KİK-ABD Zirvesi sona erdi

 

Körfəz Əməkdaşlıq Şurasının ABŞ-la birgə keçirdiyi sammit sona çatıb.

Strateq.az xəbər verir ki, sammitin bitməsindən sonra ABŞ prezidenti Barak Obama və Körfəz ölkələrinin dövlət başçıları Səudiyyə Ərəbistanından ayrılıb.

Sammitdən sonra keçirilməsi nəzərdə tutulan mətbuat konfransı təxirə salınıb, toplantının yekun Bəyannaməsinin isə sabah yayılması gözlənilir.

Obamanın bərabərindəki heyətlə Kral Xalid Hava limanından İngiltərəyə uçduğu bildirilr. Onu, gəlişində olduğu kimi, yenə də kral yox, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr, ABŞ-ın Riyad səfiri və digər aşağı vəzifəli rəsmilər yola salıb.

İngiltərə səfəriylə Avropa turuna başlayan Obama səyahətini Almaniyanı ziyarətlə tamamlayacaq. Berlində onu 4 dövlətin – Almaniya, Fransa, İngiltərə və İtaliya liderləriylə görüş gözləyir. Görüşdə Yaxın Şərqdən tutmuş, Ukrayna və qaçqınlar məsələsinə qədər çoxsaylı problemlər müzakirə olunacaq.

Qeyd edək ki, Obamanın Səudiyyə Ərəbistanına səfəri zamanı qatıldığı Körfəz Əməkdaşlıq Şurasının sammitində də Yaxın Şərq məsələsi masaya yatırılmış, əsasən, İranın fəaliyyəti müzakirə olunmuşdu. Sammitsonrası mətbuat konfransının təxirə salınması liderlərin toplantıdan bir-birindən narazı ayrılmasına dəlalət edir.

Ehtimal olunur ki, narazılıq Səudiyyə kralı ilə Obama arasında çıxıb. Zira Fars körfəzinin digər cırtdan ölkələrinin əsas himayədarları olan Səudiyyə kralının üzünə ağ olması mümkün deyil. Üstəlik, rəsmi Riyadın düşmən kimi baxdığı İran təhlükəsi onları himayədarlarından daha çox təhdid edir. Ən azı ona görə ki, bu körfəz ölkələrinin əhalisinin önəmli qismi şiə topluluqdan ibarətdir. Səudiyyə Ərəbistanı əhalisinin isə cəmi 10-15%-i İranın təsir dairəsinə düşə biləcək şiələrdir.

Bütün körfəz ölkələri İrana qarşı münasibətdə eyni cinahda toplansalar da, ABŞ-ın rəsmi Tehranla son zamanlar yaxınlaşma cəhdləri açıq hiss olunur. Xüsusilə “nüvə sazişi"ndən sonra Vaşinqtonun bu ölkəylə münasibətlərinə ən sərt reaksiya verənlərdən biri də Səudiyyə krallığı olmuşdu. Mümkündür ki, köhnə “abi”nin ortaq düşmənlə qol-boyun olması Riyadı bərk qıcıqlandırdığından, kralla Obamanın ulduzları barışmır. Bəlkə də məhz bu səbəbdən Obama Riyada gələrkən pişvazına kral yox, onun aşağı səviyyəli əyan-əşrəfi çıxmışdı. Əslində bununla kral həm də görüş başlamazdan əvvəl öz sözünü demişdi…

Heydər Oğuz

Strateq.az