XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Aprel 2016 - 14:51

Lavrovun Yerevan bəyanatı:"Qarabağ problemi hərbi yolla həll edilə bilməz"

lavrov nalbend

“Dağlıq Qarabağ münaqişəsi zonasında son hadisələr sübut etdi ki, münaqişə hərbi yolla həll edilə bilməz. O yalnız siyasi-diplomatik yolla həll edilməlidir”. 

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbadyanla keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Lavrov qeyd edib ki, bu gün prioritet məsələ 1994 və 1995-ci illərin sazişlərinə qeyd-şərtsiz əməl edilməsidir:

“Onlar müddətsizdir və hər kəs tərəfindən hörmət edilməlidir. Rusiya həmsədrlər üçlüyünün üzvü kimi tərəflərə hərtərəfli yardım göstərmək üçün hər şey edəcək. Hazırki mərhələdə atəşkəs barədə razılaşmanın yerinə yetirilməsi ilə yanaşı, 2011-ci ildə təqdim olunan və ATƏT tərəfindən hazırlanan təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi vacibdir” (AzNews.az).

Qeyd edək ki, Lavrov aprelin 21-də Ermənistana 2 günlük səfər edib. Edvard Nalbadyan və Ermənistan prezidenti Serj Sarkisyanla Lavrovun danışıqlarındakı başlıca mövzu dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub.