XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Aprel 2016 - 18:31

Sərksiyandan yeni avantüra:"Heç bir danışıq yoxdursa, Rusiya qüvvələri Qarabağa necə gələ bilər?

Serzh Sargsyan, Armenia's president, speaks during an interview at his residence in Yerevan, Armenia, on Saturday, April 23, 2016. XXX ADD SECOND SENTENCE HERE XXX. Photographer: Daro Salukauri *** Local Caption *** Serzh Sargsyan 

 

"Təhlükəsizlik zəmanəti olmayınca, Azərbaycanla mübahisəli ərazilərə dair sülh danışıqlarına qayıtmağın anlamı  yoxdur".

Strateq.az bildirir ki, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan Bloomberg Agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ATƏT-in həmsədr dövlətləri yeni sülh danışıqlarına qədər etimadın gücləndirilməsi üçün tədbirlər görməlidir.  Sərksiyan həmçinin aprel hadisələrinin baş verməməsi üçün qarantiya tələb edib.

Sərksiyan bunun üçün atəşkəsin pozulmasını araşdıracaq mexanizmlərin işə salınmasını və tərəflərin gücdən istifadə etməyəcəyinə dair rəsmi öhdəlik götürməsini istəyib. 

Ermənistan prezidenti vurğualyıb ki, münaqişə zonasında müharibə hər an başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi o qədər də çox deyil.

Sərkisyanın sözlərinə görə, apreldəki hərbi əməliyyatlar Moskvada baş qərargah rəisləri arasında əldə edilmiş razılaşma ilə dayandırılsa da, hazırda münaqişə zonasına rus sülhməramlılarının yeridilməsindən söhbət gedə bilməz: “Ancaq mən indi belə imkan görmürəm. Əgər heç bir danışıqlar yoxdursa, Rusiya qüvvələri Qarabağa necə gələ bilər?”.

Erməni prezident deyib ki, Rusiya irimiqyaslı müharibənin qarşısını almaq üçün Azərbaycanla Ermənistan arasında balanslaşdırma həyata keçirir.

Sərkisyan Rusiya XİN-in rəhbəri Sergey Lavrovun səfərinə də toxunub. Onun sözlərinə görə, Lavrov heç bir təzə təklif gətirməyib: “O, yaxşı başa düşür ki, 4 günlük müharibədən dərhal sonra danışıqlardan bəhs etməyin mənası yoxdur”.

Sərkisyan maraqlı bir detalı da açıqlayıb. O bildirib ki, 2011-ci ildə Kazan şəhərində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə aparılan danışıqlarda erməni qoşunlarını 5 rayondan çıxarmağa və regiona sülhməramlıların yeridilməsinə razılıq verməyə hazır olub, lakin Azərbaycan yeni şərtlər irəli sürüb.