XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2016 - 08:04

Cəbhədə gərginlik –Ermənilər artilleriya hücumu ilə atəşkəsi pozub - Video

artilerriya

Aprelin 26-da saat 01:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində şiddətli artilleriya hücumu ilə atəşkəsi pozub. Azərbaycan ordusunun cavab atəşindən sonra saat 04:50-dən erməni tərəfinin zərbələri səngiyib.

anspress.com xəbər verir ki, səhər saatlarına qədər Bərdə, Tərtər xəstəxanalarına yaralı sakinlər müraciət etməyib. Dinc sakinlər arasında itkilər barədə də xəbər yoxdu.

ANS TV-nin Qarabağ bürosu bu hücum zamanı Qapanlı kəndindən reportaj hazırlayarkən ANS TV müxbiri Ramil İbrahimov və operatoru Zaur Naibov erməni tərəfinin açılan qəfil zərbələrinin şahidi olublar. Bu hadisə zamanı istifadədə olan avadanlığa da ziyan dəyib. Jurnalistlərin o anda çəkə bildikləri video-kadrları təqdim edirik:

https://www.youtube.com/watch?v=dyKruk5TAlI