XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 11:49

“Torpaqlarımızı işğaldan azad edəcəyik” –Prezidentdən Qarabağ bəyanatı

ilham-yumruq

"Azərbaycanın müstəqillik illərində ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub”.

Bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, müxtəlif məlumatlarda, o cümlədən ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında işğal altında olan ərazilərdə mədəni və dini abidələrin dağıdıldığı əksini tapıb: "Ancaq Azərbaycanda erməni kilsəsi bərpa olunub. Beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur. Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə saat, bir gün ərzində həyata keçirilir. Azərbaycana gəlincə, 20 ildən artıqdır, bu qətnamələr yerinə yetirilmir. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da belə qərarlar qəbul edib. Ancaq Ermənistan bunlara əməl etmir, işğalçıya heç bir beynəlxalq təzyiq də göstərilmir”.

Prezident İlham Əliyev bildirib ki, Xocalıda qətliam törədilib, 600-dan çox uşaq, qadın və qoca qətlə yetirilib: "Münaqişənin həlli ərazi bütövlüyünə, Helsinki Yekun Aktına əsaslanmalıdır".

Dövlət başçısı Azərbaycan ərazilərinin işğaldan azad olunacağını bəyan edib.

Prezident onu da bildirib ki, 1988-ci ildən yüz minlərlə azərbaycanlı Ermənistandan qaçqın, 700 mindən çox azərbaycanlı isə Qarabağdan köçkün düşüb: "Əfsuslar olsun ki, müstəqillik illərində qonşu Ermənistanın təcavüzü ilə üzləşdik. Azərbaycan BMT-yə daxil olarkən Dağlıq Qarabağ bizim idi. Biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. Bu, Ermənistan tərəfindən edilib. İşğal olunmuş ərazilərdə hər şey yerlə-yeksan edilib. Azərbayanın o dövrdə cəmi 8 milyon əhalisi vardı. O dövrdə ən yoxsul ölkələrdən biri idik. Biz qaçqın və məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salmışıq, bu işlər davam edir. Lakin o insanların bir qismi hələ də yataqxanalarda, şəraitsiz yerlərdə yaşayır".

APA