XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

27 Aprel 2016 - 11:28

“Azərbaycanı aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışırlar” –Nazirlikdən ermənilərə xəbərdarlıq

esger-azerbaycan

"Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub".

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub:

"Bildiririk ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi, yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür".