XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

28 Aprel 2016 - 07:58

Ermənilər Ağdamın kəndlərinə artilleriya atəşi açıb –1 dinc sakin həlak olub, 3 nəfər yaralanıb

artileriya-16

ANS TV-nin Qarabağ bürosunun məlumatına görə bu gecə ermənilərin atəşi nəticəsində yarlanmış Ağdam rayonunun Çəmənli kənd sakini Famil Mustafayev dünyasını dəyişib.

Son məlumatlara görə, Çəmənli kənd sakinlərindən daha biri Zahid Rəhimov atəşkəsin pozulması nəticəsində yaralanıb. O Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Azərbaycan Ordusunun cavab zərbələri qarşı tərəfi susmağa məcbur edib. 

Saat 06.30-dək olan məlumata görə, cəbhə xəttində nisbi sakitlik hökm sürür.

ANS TV-nin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bu gecə atəşkəsi pozması nəticəsində yaralı dinc sakinlərin sayı 3 nəfərə çatıb.

Ermənilər daha çox dinc sakinlərin yaşadığı əraziləri artilleriya atəşinə tutub. Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirib.

Ağdam rayon Fövqəladə Hallar Komissiyasından ANS-in Qarabağ bürosuna verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun 12 kəndinin elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Bu səbəbdən də həmin kəndlərin elektrik enerjisi ilə təchizatında fasələlər yaranıb.

Həmçinin atəşkəsin pozulması nəticəsində Ağdamın Sarıcalı, Əfətli, Çəmənli, Hacıməmmədli və Qaradağlı kəndlərinə ciddi ziyan dəyib.

Strateq.az