XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

28 Aprel 2016 - 12:21

Ermənilər rus silahlarının gecikdirilməsində təqsirkarı tapıblar –Ara Abramyan

ara-abramyan-1

Akop Bədəlyan

Lragir.am (Ermənistan), 28.04.2016


Moskvada Təhlükəsizlik üzrə beynəlxalq foruma qatılımış müdafiə naziri Sergey Ohanyan bildirib ki, Ermənistana Rusiya silahı tədarükünün sürətləndirilməsi üzrə iş aparılır.

Rusiya faktiki olaraq "İrəvan Elektrik"-ə kompensasiya kimi  yüksəkdəqiqlikli Rusiya silahının əldə edilməsi üçün 200 milyon dollarlıq kredit haqda 2015-ci ilin iyununda açıqlama verdi. Lakin 2016-cı il aprel müharibəsinin gedişində aydınlaşdı ki, silah hələ də tədarük edilməyib.

Bundan başqa, Rusiya mətbuatı gözlənilmədən Ermənistana  tədarük edilməli olan silahların siyahısnı dərc etdi. Bundan sonra Azərbaycan XİN Moskvaya etiraz notası göndərib zəmanət tələb etdi ki, bu silahlar Azərbaycana qarşı istifadə edilməyəcək. Rusiya Bakıdan anlayışla yanaşmağı xahiş etdi və əmin etdi ki, balansı pozmayacaq. “Balans”ın Moskvanın Azərbaycana satdığı bir neçə milyard dollarlıq silah olduğu nəzərə alınsa, güman etmək olar ki, Rusiya bu “tarazlığı” pozmamaq vədi verib.

Beləcə Ermənistana silah tədarük edilmədi. Bu, Azərbaycana ən yaxşı “zəmanət” idi ki, silah ona qarşı işlədilməyəcək.

Baş nazir Ovik Abramyan rusiyalı həmkarı Medvedyevin aprelin 7-də İrəvana səfəri zamanı tədarükü sürətləndirmək xahişi ilə ona müraciət etdi. Medvedyevin cavabı məlum deyil. İndi, budur, Seyran Ohanyan bildirir ki, tədarükün sürətləndirilməsi üzərində işləyir. Həmçinin məlum oldu ki, Rusiya artıq 2013-cü ildən Ermənistana silah tədarük etməyib. Ermənistan hökuməti 2013-cü ildən bəri Rusiyaya müraciət edibmi və rədd cavabı alıbmı? Və ümumiyyətlə, Ermənistan və Rusiya hökumətləri silah məsələsi üzrə necə əlaqə saxlayır – birbaşa, ya vasitəçi ilə? Məsələn, Rusiya etiraf etdi ki, silah hətta istehsal da olunmayıb və problem daha çox siyasi deyil, təşkilati-texniki səciyyəlidir.

Danışırlar ki, bu məsələdə Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın rolu böyükdür.  Məlumat var ki, ona məxsus müəssisələrdən biri – Согласие-Альянс “Рособоронэкспорт”-un tərəfdaşıdır.

Bunu da deyirlər ki, “Ростех”-in rəhbəri Sergey Çemizov və Ara Abramyan qonşudurlar və Ara Abramyan Ermənistan üçün kreditə lobbilik edib ki,  öz zavodu üçün sifarişi təmin etsin.

Deyirlər ki, Rusiya hərbi-sənaye kompleksinin əksəriyyəti erməniyönlü rəhbərləri Ara Abramyanın yanaşmasından narazıdırlar. Və kimsə Ermənistana silahların tədarükünün ləngidiyini məhz bununla şərtləndirir. Təsadüfdürmü ki, Ara Abramyan aprel müharibəsi günlərində xəlvətə çəkildi və yalnız bir neçə gündən sonra Azərbaycana Rusiya silahının tədarükü haqda açıqlama verdi? Həm də Ermənistandansa daha çox Rusiyanın maraqları haqda narahat olmaqla…

 

Tərcümə Strateq.az-ındır.