XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 March 2015 - 20:02

Korrupsiyaya qarşı Çinsayağı mübarizə

Çin'de rüşvet önlemi: memurlara cezaevi gezisi!

Rüşvət və korrupsiyayla bağlı nə qədər qanunlar çıxarılsa da hələ də ölkəmizdə bu ictimai mərəzin kökü kəsilməyib. Bu, əslində səbəbsiz də deyil. İnsan oğlu var olduqca onun nəfsi, nəfs gözü örtükcə isə rüşvət və korrupsiyaya bulaşmaq ehtimalı olacaq. Məhz, bu səbəbdən də haram yolla sərvət sahibi olmağa qarşı mübarizə bütün cəmiyyətlərin bir nömrəli problemi olub və olaraq qalacaq. İnsanlıq bu çətin mərəzə qarşı mübarizə aparmağın yollarını öyrənəcək, bir-birilərinin təcrübələrindən yararlanacaq.

çində rüşvətə qarşı həyata keçirilən tədbirlər bu sahədə ən yaxşı nümunələrdən biridir. Rusiyanın RİA xəbər agentliyinin verdiyi məlumata görə, çİN hökuməti dövlət məmurları ibrət dərsi alsınlar deyə, onların həbsxanalara vaxtaşırı ekskursiyalarını təşkil edir. Məmurlar məhbəs həyatıyla yaxından tanış olur, törədəcəkləri cinayətlərin potensial nəticələri barədə əyani informasiyalar əldə edirlər. ötən ildən başlayaraq qruplar halında təşkil olunan ekskursiyalara qatılmaq məcburidir. Artıq yüzlərlə iri çinli məmur həbsxana gəzintisinə çıxıb.

Bu tədbirlərin məqsədinə aydınlıq gətirən çin Milli İnkişaf və İslahat Komitəsinin başçısı Xu Şaoşi gəzintilərin motivasiya artırdığını və ibrət dərsi almağa kömək etdiyini bildirir. Qeyd edək ki, Xu Şaoşinin rəhbərlik etdiyi idarə də bu sahədə o qədər də məsum deyil. 2013-ci ilin Mayından 2014-ci ilin Oktyabrina qədər Komitənin 19 işçisi korrupsiya ittihamı ilə həbs olunub. Həbs olunanlar arasında sabiq bölüm müdiri Cao çangqing da var.

çində Dövlət Başçısı Xi Jinping tərəfindən başladılan korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində davam edən tədbirlər nəticəsində hökumətin və ictimai təşkilatların onlarla yüksək səviyyəli yetkilisi həbsə atılıb.

çində rüşvət və korrupsiyaya ölüm daxil olmaqla müxtəlif cəzalar verilir.

Heydər Oğuz