XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

04 May 2016 - 13:29

BBC Qarabağdan reportaj hazırladı –VİDEO

qarabag savasi

Britaniyanın BBC telekanalı Dağlıq Qarabağ münaqişəsi barədə reportaj hazırlayıb.

Reportajda bildirilir ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir, ancaq hazırda bu əraziyə Ermənistan hərbçiləri tərəfindən nəzarət olunur. 

Azərbaycanın Ağdam rayonuna səfər edən bir qrup BBC jurnalisti Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən cəmi bir neçə kilometr aralıda yerləşən xəstəxanaya baş çəkib.

Reportajda Ermənistan silahlı qüvvələrinin artilleriya zərbələri nəticəsində dağılmış evlərin, ziyan çəkmiş mülki şəxslərin və xəstəxanada müalicə olunan yaralıların fotoşəkilləri də yer alıb. 

Bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə yerli və xarici KİV-in təmsilçiləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinə endirdiyi artilleriya zərbələri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün həmin kəndlərə səfər ediblər(BAKU.WS)