Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya bu gün” (МИА «Россия сегодня») Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində bir sıra aktual xarici siyasət məsələləri ilə yanaşı, Moskvanın Qarabağ nizamlanması ilə bağlı vasitəçilik səyləri barədə də fikirlərini açıqlayıb.
Strateq.az Rusiya XİN-nin saytına istinadla xəbər verir ki, “Bizim sərhədlərimiz yaxınlığında daha bir kəskin münaqişə alovlandı – Dağlıq Qarabağ. Bu günlərdə hər iki tərəfdən kifayət qədər sərt bəyanatlar səsləndi: Ermənistan tərəfdən “Dağlıq Qarabağ Respublikası”nın hipotetik tanınmasının mümkünlüyü bəyan eidldi. Azərbyacan sərt cavab verdi. Vəziyyət gərinləşir. Rusiya yaxın vaxtlarda vəziyyəti sakitləşdirmək üçün hər hansı addımlar atmaq niyyətindədirmi?” – sualını cavablandıran Lavrov Rusiyanın tərəflərlə daim təmasda olduğunu söyləyib:
“Prezident Vladimir Putin şəxsən bu işlə məşğul oldu. Mən özüm bir neçə dəfə həmkarlarımla şəxsən danışdım. Biz bu barədə ABŞ dövlət katibi Con Kerri ilə danışdıq. Çünki Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləridir. Biz bu mövzuda Moskvada bu “üçlüyün” üzvü kimi Fransanın xarici işlər naziri J.M.Eyro ilə müzakirələr apardıq. Əlbəttə ki, indi əsas məsələ yeni qurbanlardan qaçmaq, atəşkəsin pozulması hallarının qarşısını almaq, bunun üçün real tədbir və mexanizmlər hazırlamaqdır”.
Lavrov qeyd edib ki, Rusiya və digər vasitəçilər münaqişə tərəflərinin danışıqlarını planlaşdırırlar: “Planlaşdırırıq, çünki bu iş yüksək diqqət tələb edir. Düşünürəm ki, tezliklə yaxın təması razılaşdıracağıq. Təbii ki, həmsədrlərin və tərəflərin iştirakı ilə, bu iş kollektiv format tələb edir”.
Lavrov qeyd edib ki, bütün bunlarla yanaşı, siyasi proses barədə unutmaq olmaz: “Əlbəttə ki, siyasi prosesi də yaddan çıxarmaq olmaz. Yəqin ki, ehtiraslar sakitləşməlidir. Bu başadüşləndir. Amma siyasi proses və nizamlanmanın alternativi yoxdur. Tərəflər arasında müzakirə olunan məlum ideyalar var. Əvvəlki kimi, əminəm ki, çətin də olsa, bunları hər iki tərəf üçün məqbul olan sənədlərə çevirmək olar”.
Strateq.az