XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021

Digər Xəbərlər

09 May 2016 - 18:29

Rusiya Qara dənizdə hərbi qüvvələrini gücləndirir:Ukrayna, Şərqi Avropa və Türkiyə hədəfdə

 

Rusya, Kırım’a yeni nesil denizaltı konuşlandırdı

Rusiya Krıma yeni nəsil sualtı gəmisi gətirib.

Strateq.az xəbər verir ki, iddianı Ukrayna Müdafiə Nazirliyinə bağlı Kəşfiyyat Təşkilatının nümayəndəsi Vadim Skibitski irəli sürüb. O, Rusiyanın Krıma yeni tip silahlar gətirdiyini bildirərək deyib:

"Krımın ilhaqından əvvəl Rusiya Qara dənizə gətirə bilmədiyi müasir silah növləri və hərbi vasitələrini indi rahatlıqla bölgəyə yerləşdirir".

Vadim Skibitski Rusiyanın Krımdakı hərbi qüvvəsini xeyli artırdığını və gələcəkdə də bu işi davam etdirməyi planlaşdırdığını bildirib.

"Məsələn, oraya qanadlı raketlərlə silahlanan yeni nəsil dənizaltılar gətirildi. Həmin raketlər Ukraynanın hər yeri vura bilər. Sahillərdə raket sistemləri yerləşdirilir. Həm təyyarə, həm də gəmi qrupları gücləndirilir”.

Ukraynanın Müdafiə Nazirliyi Kəşfiyyat Xidməti daha əvvəl də Rusiya Hava Qüvvələrinin Qara dəniz regionunda NATO üzvü ölkələrə qarşı potensial kəşfiyyat və bombalama əməliyyatının detalları üzərində çalışdığını bildirmişdi. Bu məlumata görə, keçirilən manevrlərdə bir ədəd İL-20 kəşfiyyat təyyarəsi Rumıniya, Bolqarıstan və Türkiyənin hərbi və dövlət bazası ibarət hədəfləri təsbit etmək və vurmaq məqsədiylə uçuş təlimlərinə başlamışdı.