XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2016 - 15:38

Prezident daha 3 qəhrəman şəhidi təltif edib –“Azərbaycan Bayrağı” ordeni ilə

ilham-yumruq

2-5 aprel tarixlərində cəbhə xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan pilotlarımızın üçü də təltif edilib.

Belə ki, şəhid pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş-leytenant Əbubəkir İsmayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüblər(Azvision). 

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub.