XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2016 - 19:04

“Ekstradisiya” və “Polis haqqında” qanunlara dəyişiklik –Prezident təsdiqlədi

prezident-11

Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiliklər edib. 

Strateq.az xəbər verir ki, "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə aşağıdakı dəyişiklik qərara alınıb:

"Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 386; 2002, № 8, maddə 465; 2011, № 6, maddə 481; 2015, № 11, maddə 1290) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci maddəyə "olan” sözündən sonra "əcnəbi və ya vətəndaşlığı olmayan” sözləri əlavə edilsin.

2. 1.2-ci maddəyə "törətmiş” sözündən sonra "Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya vətəndaşlığı olmayan” sözləri əlavə edilsin.

*** 

Prezident bu gün "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Təsdiq edilən qanuna əsasən, "Polis haqqında” Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə belə qərar verilib:

"Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87, № 11, maddə 1360; 2015, № 5, maddə 486, № 11, maddə 1277, № 12, maddə 1444; Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 85-VQD nömrəli, 2016-cı il 1 fevral tarixli 120-VQD nömrəli və 23 fevral tarixli 131-VQD nömrəli qanunları) 23-cü maddəsinin I hissəsinin 3-cü bəndində "əsaslarını” sözü "səbəbini, şübhənin mahiyyətini” sözləri ilə əvəz edilsin və həmin bəndə "hüquqlarını” sözündən sonra "ona aydın olan dildə” sözləri əlavə edilsin.