XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 13:20

Putinin səfərinə hazırlıq, yoxsa… –Roqozin yenidən Azərbaycana gəlir

roqozin

Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin yenidən Azərbaycana gəlir. 

Onun səfəri mayın 17-də baş tutacaq.

Bu barədə "İnterfaks" məlumatlı mənbəyə istinadla xəbər yayıb. 

"Rusiyanın baş nazirinin müavini Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində həmçinin may ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən gəlişi müzakirə olunacaq", – deyə, mənbə bildirib.

Tərəflər həmçinin Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti də müzakirə edəcəklər.

Rusiya dövlət başçısının səfərinin mayın sonunda reallaşacağı iddia edilir.

Xatırladaq ki, may ayının 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşünün keçirilməsi təklif edilir. Hələlik tərəflərin görüşə razılıq verib-verməməsi ilə bağlı məlumat verilməyib. Görüş barədə razılıq əldə edilərsə, onun səfəri Minsk Qrupu həmsədri olan ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi altında keçiriləcək danışıqların ertəsi gününə təsadüf edəcək.

ANS