XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2016 - 17:40

Milli Şura sədrindən etiraz:""Azərsu"ya ayrılan milyardların necə istifadə edildiyi bəlli deyil"

cemilhesenli-1.jpg

Tarif  Şurasının suyun qiymətinin artırılması haqda qərarına Milli Şuranın sədri, professor Cəmil Həsənli də münasibət bildirib. 

Strateq.az xəbər verir ki, Cəmil Həsənli Facebook səhifəsində bu haqda belə yazıb:

"Su da bahalaşdı. Nə az, nə çox – 39 faiz. Onun hər kubmetrinə 36 qəpik verənlər, bundan sonra 50 qəpik ödəməli olacaqlar. Maliyyə – iqtisadi böhranın qarsaladığı əhalinin üzərinə su səpmək əvəzinə, indi millət bir içim şuyun da dərdini çəkməli olacaqdır. İslamda su ehsan buyurulubdur. Həzrəti Hüseynin yolunu Fərata bağlayıb əhli-beyti susuz qoyanlar 1300 ildən çoxdur ki, lənətlənir. Qəbələ – Bakı su kəməri çəkiləndən sonra əhaliyə verilən suyun həcmi artdığında, iqtisadi amillərə görə əslində su ucuzlaşmalı idi. Amma belə olmadı. "Azərsu" dəyəri 100 milyonlarla hesablanan ofis tikir, amma hökumət işsizin, pensiyaçının, həkimin, müəllimin, əlilin, zəlilin istifadə etdiyin suyun pulunu birdən-birə 39 faiz qaldırır. Suyun qiymətində olan belə kəskin artımın ağlabatan bir izahı verilmir.

"Azərsu" qapalı tipli cəmiyyət olduğundan son illərdə ora ayrılan milyardlarla manat vəsaitin, dövlət zəmanəti ilə alınan iri həcmli kreditlərin necə istifadə edildiyi bəlli deyil. Əgər suyun qiymətin belə kəskin şəkildə artıracaqdılarsa, şirkətin başı buluda dirənən bahalı ofisini tikməyə nə ehtiyac var idi? İndi həmin ofisin, səmərəsiz istifadə edilən vəsaitlərin hesabını millətə kəsirlər. Şirkətin gəlir və xərc hesabatlarında vəziyyət "Azərsu"yun millətə verdiyi su kimi bulanıqdır. Əgər xalq ağzına bu bulanıq suyu alıb dinməzsə, ardınca işıq və qazın, digər xidmət sahələrinin bahalaşması labüddür".