XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 11:24

Artur Rasi-zadə Gürcüstana getdi –Prezidentlə görüşdü

artur-1

Azərbaycanın baş naziri Artur Rəsizadə Gürcüstana səfərə gedib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, Artur Rəsizadəni Tiflis hava limanında Gürcüstanın energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıb.

Daha sonra Azərbaycanın baş naziri ilə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili arasında görüş başlayıb.

Artur Rəsizadə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə də görüşəcək.

Bu gün Azərbaycanın baş nazirinin Tiflisdə keçirilən Şərq-qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirakı və çıxışı gözlənilir.