XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

16 May 2016 - 21:47

Prezident İlham Əliyev Vyanda –Sarksiyanla görüşün başladığı xəbəri yayıldı

eliyev-serkis-7

Azərbaycan prezidenti İlham Əliyev Vyanaya gəlib.

"RİA Novosti" nin məlumatına görə, bu gün Avstriyanın paytaxtında Dağlıq Qarabağ üzrə danışıqlar aparılacaq (APA).

Xatırladaq ki, Prezident İlham Əliyevdən əvvəl  Avstriyanın paytaxtına Ermənistan prezidenti Serj Sarkisyan gəlib. Bu gün axşam ATƏT-in Minsk qrupunun sədrliyi, Rusiya, ABŞ və Fransa xarici işlər idarələri rəhbərlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçiriləcək.

Bir neçə xarici agentlikdə verilən məlumata görə, artıq prezidentlər arasında görüş başlayıb. Görüş və nəticələri haqda əlavə məlumat veriləcək.

***

Xatırladaq ki, bundan qabaq "TASS" agentliyi Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Moqerininin Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə artıq görüşdüyü xəbərini yayıb. Məlumatda bildirilir ki, Moqerini prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirləri ilə görüşü ərəfəsində müzakirələr aparır.

Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə Azadlıq Radiosunun erməni xidmətinə bildirib ki, yaxın saatlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Məlumata görə, görüşdə Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirləri də iştirak etməlidir.

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci il dekabrın 19-da İsveçrənin paytaxtı Berndə keçirilib.

Strateq.az