XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 22:52

Prezidentin Avropa İttifaqının ali nümayəndəsi ilə Qarabağ müzakirəsi –FOTO

ilham-moqreni

Bu gün Avstriya Respublikasına işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin hazırki vəziyyətindən məmnunluq ifadə olundu. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyi qeyd edildi və səfərin yaxşı nəticələrinin olduğu bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparıldı. Qarşılıqlı anlaşma və etimad tədbirləri nəticəsində atəşkəs rejiminə riayət olunmasının vacibliyi vurğulandı, bu ilin aprelin əvvəlində qoşunların təmas xəttində baş vermiş hadisələr müzakirə edilib.