XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

18 May 2016 - 16:50

ABŞ-ın Ermənistandakı səfiri:"Ümid edirik, iyun görüşü problemin həllinə səbəb olacaq”

MQ

“ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ hökuməti ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin ehtimal olunan iyun görüşü hamımızın həll etməyə çalışdığı məsələyə – Qarabağ probleminin hərtərəfli həllinə səbəb olacaq”.

Bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz Yerevanda keçirilən ABŞ-Ermənistan biznes-forumunda çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, Vyanadan alınan xəbərlər çox ümidvericidir: “Bu əsl nailiyyət idi, çünki hər iki tərəf 1994-1995-ci il müqaviləsinə sadiq olduqlarını təsdiqləyib”.

Milz son hadislərin fonunda həmsədrlərin səylərini daha da artırdığını vurğulayıb(Modern.az).